ŞATIRI ÇIXMAQ
ŞEYPURU GEN BAŞINDAN ÇALMAQ
OBASTAN VİKİ
Şeypur (jurnal)
Şeypur — Bakıda Azərbaycan dilində nəşr olunan həftəlik satirik jurnal. == Haqqında == İlk sayı 1918-ci il oktyabrın 5-də, sonuncu sayı isə 1919-cu il yanvarın 18-də çıxmışdır. "Şeypur" jurnalının cəmi 14 sayı çıxıb: onlardan 11-i 1918-ci ilə, 3-ü isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görüb. Jurnalın redaktoru məşhur maarifçi Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqi, naşiri Səməd Mənsur idi. Həftədə bir dəfə "Turan" mətbəəsində nəşr olunan "Şeypur" jurnalının səhifələrində Məmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid və digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu. Ümumiyyətlə, nəşri boyunca "Şeypur” jurnalı öz ətrafına dövrün bır sıra maarifçi ziyalılarını, ictimai xadimlərini cəlb edərək, cəmiyyətdə baş verən ictimai prosesləri, xalqın məişətini, yaşayış tərzini, əyrilikləri, onların səbəb və nəticələrini ədəbi-bədii və publisist materiallar vasitəsilə işıqlandırıb. Konkret olaraq mövcud mənəvi kataklizmlərə qarşı özünəməxsus şəkildə mübarizə aparıb. Təəssüflər olsun ki, müstəqillik illərinə qədər belə bir əzəmətli jurnal diqqət mərkəzindən kənarda qalıb. Düzdür, ayrı-ayrı ədəbiyyatşünas alimlərimizin yazdığı məqalələrdə, apardıqları monoqrafik tədqiqatlarda bəhs etdiyimiz jurnal haqqında bəzi qısa qeydlər öz əksini tapıb.
ай глаго́лица нейроле́птик оце́ниваться роди́тельница сильне́ть типча́к торпе́дный видеотелефо́н вы́бродиться замара́ть отча́ливать aeriferous airwave austringer coup d'oeil fluoropolymer greenyard mountaintop multiple-path pituitary антрацитный нигрозин сорго четырёхгодичный